Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə prosesdə “zərərçəkən”onun üzünə durub

İyunun 13-də Gəncənin Nizami rayon məhkəməsində hakim Ayaz Mahmudovun sədrliyi ilə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri , Gəncə fəalı Həsən Hüseynlinin işi üzrə məhkəmə baxışı başlayıb.

Həsən Hüseynlinin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, iclasda təqsirləndirilən  Həsən Hüseynli  özünü  təqsirli bilmədiyini  və daha sonra ifadə verəcəyini bildirib.

Vəkil qeyd edib ki, məhkəmədə “zərərçəkən” Arzu Qəhrəmanov  və polis əməkdaşı Nazim Hacıyev ifadə verib. Arzu Qəhrəmanov ifadəsində  Həsən Hüseynlinin onu vurduğunu təsdiqləyib. O bildirib ki, Həsən Hüseynli onu xarici təşkilatların sifarişi ilə vurub.

Qeyd edək ki, proses  iyunun 23-də  davam edəcək.

Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il  martın 31-də tutulmuşdu və Gəncənin Kəpəz Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılırdı.  O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunur. Gəncə Şəhər Baş Polis İdarəsi işi Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə cinayət işi açıb.  Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Previous Post

Human rights defender Elshan Hasanov detained while photographing

Next Post

Rauf Mirkadirov’s lawyers to appeal to European Court

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.