VİDADİ İSGƏNDƏROVUN APELAYASİYA ŞİKAYƏTİ ÜZRƏ MIHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (01 noyabr) Şəki Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin  sədrliyi ilə hüquq müdafiəçisi V. İsgəndərov  Göyçay rayon Məhkəməsinin  27 avqust 2011-ci ildə çıxardığı qərardan verdiyi  apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) hüquq müdafiəçisinin nümayəndəsi Xalid Bağırov məlumat verib.

Prosesdə müdafiə tərəfi olaraq hüquq müdafiəçisinin vəkili Yalçın İmanov, nümayəndəsi Xalid Bağırov və Vidadi İsgəndərovun özü və dövlət ittihamçısı  Vidadi Cabbarov iştirak edirdilər.

Xalid Bağırov bildirdi ki, V. İsgəndərov dövlət ittihamçısına etiraz edib və bunu onun prokurorluğun maraqlarını müdafiə edə biləcəyi ilə əsaslandırıb. Daha sonra vəkil Yalçın İmanov  foto, audio, video çəkilişlərin aparılması  və hüquqlarını müdafiə etdiyi şəxsin vəkili ilə birgə əyləşə bilməsi üçün vəsatət qaldırsa da, hakim sonuncu vəsatəti – V. İsgəndərov vəkilinin yanında əyləşə bilməsi barədə vəsatəti təmin edib və prosesi 2 noyabr saat 09:15-ə təyin etdiyini bildirib.

Xatırladaq ki, Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçkidə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. İttihama görə seçki zamanı Qarabağlar kəndində yerləşən 16 saylı seçki məntəqəsinə daxil olaraq səsvermənin gedişinə maneçilik törədib. Məntəqə seçki komissiyası tərəfindən aktla sənədləşdirilmiş, küncü səhv kəsilmiş 16 ədədə bülleteni komissiya sədrindən zorla alıb. Bir neçə saat sonra Mirzəhüseynli kəndində yerləşən 17 və Göyçay şəhərindəki Mədəniyyət Evində yerləşən 2 saylı seçki məntəqələrində də eyni hərəkətləri təkrar edib.

Vidadi İsgəndərli bu il aprelin 17-də müxalifətin yeni birliyi olan İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq inzibati həbs müddəti başa çatdıqdan sonra barəsində cinayət işi olduğu əsas gətirilərək həbs müddəti uzadılıb.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Göyçay rayon Məhkəməsi 27 avqust 2011-ci ildə hüquq müdafiəçisi V. İsgəndərov  3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının verilməsi barədə qərar çıxarıb.

Previous Post

SİYASİ MƏHBUS OLMUŞ JURNALİSTİN YARATDIĞI İCTİMAİ BİRLİK QEYDİYYATA ALINDI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.