Dünən (17 may) ABŞ prezidenti Barak Obama ABŞ Dövlət Departamentini mətbuat azadlığını pozan xarici hökumətlərin ictimai siyahısını hazırlamağa sövq edən qanun imzalayıb. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
“Wall Street Journal” qəzetinin 2002-ci ildə Pakistanda terroristlər tərəfindən qətlə yetirilən müxbiri Daniel Pearlin şərəfinə adlandırılan qanun – Daniel Pearl Mətbuat Azadlığı Aktı ABŞ hökumətindən dünyada söz azadlığının pozulması hallarına diqqəti artırmağı tələb edir.
Prezident Obama deyib ki, bu qanun onu göstərir ki, ABŞ hökuməti digər hökumətlərin mətbuat azadlığı ilə əlaqədar etdiklərini diqqətdə saxlayır.
ABŞ Dövlət Departamenti bundan sonra insan haqları barədə illik hesabata müxtəlif dövlətlərin KİV-nə münasibəti barədə məlumatı da daxil etməli və mətbuatı sıxışdırılan ölkələri müəyyənləşdirməlidir: ”Bütün dünyada ölkələrinin əhalisinin üzləşdiyi tənqidi məsələlərə işıq salmağa çalışaraq özlərini böyük risk altında qoyan çoxlu sayda cəsur jurnalist və bloqqerlər var və onlar zülm və əsarətə qarşı ön cəbhədədirlər” – deyə Obama bildirib.

Qanun keçən ilin dekabrında Nümayəndələr Palatasında 403-ün 12-yə nisbətdə səslə qəbul edilib və bu ilin aprel ayında ABŞ Senatı tərəfindən yekdilliklə keçib.