Görüşdə S. Zahidovun həyat yoldaşı Rəna Zahidova və anası Xədicə Zahidova iştirak edib. Bu barədə RATİ-yə R. Zahidova məlumat verdi.
”Sakitin səhhətindən, saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur, amma uşaqları üçün çox darıxır. Cəza müddətinin bitməsinə 5 ay qalıb və səbirsizliklə cəzasının bitəcəyi günü gözləyir. Sakit anasını cəzaçəkmə müəssisəsində görəndə çox kövrəldi. Axı onun valideynlərindən tək anası həyatdadır”, – deyə R. Zahidova qeyd etdi.
Qeyd edək ki, S. Zahidovun atası Səlim Zahidov dekabrın 1-i axşam saatlarında vəfat edib. O və qardaşı “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidov (Zahid) anaları X. Zahidovanın Ədliyyə Nazirliyinə vurduğu teleqramdan sonra dekabrın 2-dən 3-nə keçən gecə müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Dekabrın 8-də isə Zahidov qardaşları yenidən cəza çəkdikləri müəssisələrə geri qaytarılıblar.
Xatırladaq ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Q.Zahidov 2007-ci ilin noyabrından həbsdədir, o, 4 il müddətinə azadlıqdan məhrum olunub. 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan S.Zahidov isə 2006-cı ilin iyunundan həbsdədir, o isə 3 il müddətinə azadlıqdan məhrum edilib.