MASALLIDA FƏALİYYƏT GÖSTƏRƏN “XEBER44.COM” SAYTININ REDAKTORU HƏBS EDİLİB

Sentyabrın 10-da Masallı Rayon Məhkəməsi qərarı ilə Masallı rayonunda fəaliyyət göstərən, dini yönlü  “xeber44.com” saytının redaktoru Araz Quliyev haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu barədə RATİ-yə Araz Quliyevin qardaşı Azər Quliyev məlumat verib.

Qardaşı bildirib ki, Araz Quliyev Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) təqsirləndirilir. O Masallıda keçirilən beynəlxalq folklor festivalına dindarların etiraz aksiyası zamanı saxlanılıb.  
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyev və Rza Ağalı Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstəriblər. Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, bir xidməti avtomobilin şüşələri sındırılıb.
 “Araz Quliyev jurnalist fəaliyyəti ilə məşğul olub. Etiraz edən dindarlar isə festivala aid tədbirdə diskotekanın, yarıçılpaq rəqqasələrin yığışdırılmasını tələb edib, milli adət-ənənələrə, milli mentalitetə hörmət etməyə çağırıb. İstər Araz istər onunla bərabər həbs edilən dindarların heç bir xuliqanlıq etməyiblər. Dindarlara qarşı polis və onların adamları xuliqanlıq ediblər”.
Qardaşının verdiyi məlumata görə, Araz Quliyev Masallıda hicab qadağasına etirazları, rayonda baş verən neqativ halları işıqlandırdığına görə həbs edilib.

Habelə qardaşı onu da bildirdi ki, Araz Quliyev həbs olunan zaman polis tərəfindən vəhşicəsinə döyülüb. Onlar Masallı şəhər Polis Şöbəsində saxlanılanda gecə Araz Quliyevin və onunla birgə həbs olunanlar polisin işgəncəsindən vəziyyətləri ağırlaşıb və qorxuya düşən polis  şöbəyə iki dəfə təcili tibbi yardım çağırıb”.

Qeyd edək ki, Hazırda Kürdəxanı istintaq təcridxanasında saxlanılan Araz Quliyevin vəkili də yoxdur.

Previous Post

BAŞ REDAKTOR İSTİNTAQIN NƏTİCƏSİNDƏN NARAZIDIR

Next Post

NİGAR YAQUBLUNUN HƏBSİ İLƏ BAĞLI VƏKİL ADİL İSMAYILOVLA MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.