“XURAL” QƏZETİNİN ƏMLAKI SATIŞA ÇIXARILIB

“Xural” qəzetinin əmlakı satışa çıxarılıb. Bu barədə bu gün (16 fevral)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Xural” qəzetinin direktoru Nizami Həsənov məlumat verib.

N. Həsənov məsələ barədə tam məlumata malik olmadığını deyərək,  qəzetin əmlakının satışa çıxarılması barədə məlumatın ona etibarlı mənbə tərəfindən daxil olduğunu deyib.

RATİ məsələ ilə bağlı Nərimanov rayon Məhkəmə Qərarları İcra Şöbəsi ilə əlaqə saxladıqda, icra şöbəsindən Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə müraciət etmək tövsiyə olundu. Mətbuat Xidmətinin əlaqə telefonları isə edilən zənglərə cavab vermədi.

Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın iddiası ilə oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Prosessual Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, yanvarın 17-də isə bu müddət daha 3 ay artırıldı.

Previous Post

HƏRBİ EKSPERT CƏSUR SÜMƏRİNLİ İLƏ MÜSAHİBƏ

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.