“YENİ AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILIB

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu qəzetin baş redaktorluq vəzifəsindən azad edilib.

Qərar Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Axşam saatlarında “Yeni Azərbaycan” qəzetinin redaksiya heyətinin iclasının keçiriləcəyi və yeni baş redaktorun kollektivə təqdim olunacağı gözlənilir. Məlumat “Mediaforum” saytına istinadən yayılır. RATİ bununla əlaqədar Alqış Həsənoğlu və YAP-ın İdarə Heyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da telefona cavab verən olmayıb.
Previous Post

ELMAR HÜSEYNOVUN QƏBRİ ZİYARƏT EDİLƏCƏK

Next Post

“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ GÜNDƏLİK NƏŞRƏ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.