İyulun 6-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Qurban Abbasovun sədrliyi ilə jurnalist Elmin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) bərpa edilməsi ilə bağlı iddiası icraata qəbul edilməyib.
Bu barədə bu gün (7 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlov məlumat verib.
E. Bədəlov bildirib ki, çıxarılan qərarı sifarişli və qərəzli hesab edir, ondan apelyasiya şikayəti veriləcək.
Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. E. Bədəlov pozulmuş təhsil hüququnun bərpası üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi barədə qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib.
Elmin Bədəlov təhsil hüququnun bərpa olunması üçün yenidən məhkəməyə müraciət etmişdi.