ETİRAZ AKSİYASI KEÇİRMƏK BARƏDƏ MÜZAKİRƏ APARAN GƏNCLƏR HƏBS OLUNUB

Dünən (8 may) ADP-nin qərargahında keçirilən forumdan dan sonra Müsavat Partiyasının 4, Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə 1 üzvü saxlanılıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ ) “Yüksəliş naminə“ qəzetinin müxbiri, AXCP Gənclər Təşkilatının üzvü Elçin  Həsənov verib.
E.Həsənovun sözlərinə görə, dünən bir neçə müxalifət partiyasının gənclər təşkilatları Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplaşaraq Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsindən sonra matəm olunmaması və mayın 10-da “Gül bayramı“nın keçirilməsinə etiraz etmə tədbirləri barədə forum keçiriblər. ”Forumdan sonra AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və daha bir neçə nəfər mülki geyimli şəxslər tərəfindən qara rəngli "Prado" markalı avtomobilə mindirilərək,  naməlum istiqamətə apardılar. Həmin mülki geyimli şəxslər təşkilatın digər üzvlərinə də fiziki təzyiq göstərdilər və nalayiq sözlərlə təhqir ediblər” – deyən E.Həsənov məlum hadisədən sonra özünün və gənclər təşkilatının bəzi üzvlərinin təhdid zəngləri aldıqlarını və izləndiklərini də vurğulayıb.
Məsələ ilə əlaqədar bu gün (9 may ) mətbuata qapalı şəraitdə Nərimanov rayon Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının məhkəmə prosesi keçirilib. Ə.Qurbanlının İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə 10 gün müddətinə azadlıqdan məhrum edildiyi barədə RATİ-yə Nərimanov rayon Məhkəməsindən bildirilib.
Müsavat Patiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı RATİ-yə verdiyi məlumatda bildirdi ki, AXCP Gənclər Təşkilatının sədri Ə.Qurbanlı ilə yanaşı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, təşkilatın üzvləri – Murad Kərimov, Yalçın Abbaslı, Əhəd Məmmədli də Bakının müxtəlif rayon məhkəmələrinin qərarı ilə üç sutka müddətinə həbs olunublar. “Gənclərin hamısı İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə tabe olmama) maddəsi ilə cəzalandırılıblar” – deyən A.Hacılı hazırda gənclərin Binəqədi rayon ərazisində yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlandıqlarını bildirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov RATİ-yə hadisədən xəbərsiz olduğunu deyib.
Qeyri iş günü olduğundan digər əlaqədar qurumların məsələyə münasibətini öyrənmək mümkün olmadı.
AXCP Gənclər Təşkilatının sədri Ə.Qurbanlının məhkəməsi ilə bağlı fotolar:

Previous Post

EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

MÜXALİFƏT GƏNCLƏR TƏŞKİLATLARI GƏNCLƏRİN HƏBS OLUNMASINI MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.