“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİ KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNU MƏHKƏMƏYƏ VERDİ

Dünən (07 sentyabr) "Yüksəliş Naminə" qəzetinin baş redaktoru Elçin Məmməd Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu məhkəməyə verib.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elçin Məmməd özü verib. O bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etdiyi layihənin maliyyələşdirilməməsi olub. “Təqdim etdiyimiz "Regionların yerli mətbuatında qadın hüquqlarının gücləndirilməsi və yetkinlik yaşına çatmış qadınların hüquqi biliklərinin artırılması prosesinin dəstəklənməsi" layihəsi müsabiqə şərtlərinə tamamilə uyğun olub, ona görə də bu layihənin maliyyələşdirilməməsi qanunsuzdur” – deyən E.Məmməd əlavə etdi ki, 1 saylı Yerli İqtisad məhkəməsində qaldırılan iddiada vəzifəli şəxsin hərəkətinin qanunsuz hesab edilməsi və “Yüksəliş Naminə” qəzetinin təqdim etdiyi layihənin KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilməsi tələbi qoyulub.
    Xatırladaq ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilk müsabiqəsinin nəticələrini sentyabrın 1-də açıqlayıb. Müsabiqədə 55 layihə qalib gəlib. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı və 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir.

Previous Post

“FREEDOM HOUSE” AZƏRBAYCANI TƏNQİD EDİB

Next Post

MEDİA NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏRİN BEYNƏLXALQ HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ HƏMKARLARININ MƏZARINI Zİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.