Bəyanat: Əvəz Zeynallıya azadlıq! Müstəqil mediaya hücumlara son qoyun!

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 16 aydır ki həbsdə saxlanmasını kəskin şəkildə qınayır, hökuməti jurnalisti həbsdən azad etməyə və ona bəraət verməyə çağırır. RATİ son məhkəmədə dövlət ittihamçısının Əvəz Zeynallıya 11 il həbs cəzası istəməsini qətiyyətlə pisləyir və bu addımı seçki qabağı repressiyanın müstəqil mediaya qarşı növbəti düşünülmüş hücumu hesab edir. RATİ Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan keçmiş deputat Gülər Əhmədovanın qalmaqallı rüşvət videosu ilə bağlı olaraq dünən həbs olunmasına baxmayaraq, jurnalistə qarşı irəli sürülmüş ittihamların hələ də ləğv...
Start typing to see posts you are looking for.