DEMOKRATİYA İCMASININ 6-CI NAZİRLƏR KONFRANSI KEÇİRİLİB

iyul 7th, 2011
Demokratik dövlətlərin beynəlxalq koalisiyası kimi fəaliyyət göstərən Demokratiya İcması 28 iyun – 1 iyul tarixlərində Litvanın paytaxtı Vilnüsdə 6-cı Nazirlər Konfransını keçirmişdir. Konfrans çərçivəsində həmçinin Vətəndaş Cəmiyyəti forumu, “Demokratiyanı Genişləndirən Qadınlar: Ən yaxşı Nümunələr” adlı forum, “Demokratiyaya Aparan Yol: Demokratiya İcmasınınm Rolu” adlı parlament forumu, Gənclik Forumu keçirilmişdir.

Nazirlər Konfransının yekununda Vilnüs Bəyannaməsi qəbul edilmişdir. Bəyananmədə Demokratiya İcmasının fəaliyyətinin gücləndirilməsinin vacibliyi və demoktratiyaya keçid mərhələsində olan dövlətlərə yadım təşəbbüsü ön plana çəkilir.

 

İyunun 30-da Gənclik Forumunda iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun rəhbəri Emin Hüseynov çıxışında  Azərbaycanda gənc fəalların yeni texnologiyalardan istifadə etməklə öz mesajlarını cəmiyyətə və digər gənclərə çatdırması barədə məlumat vermişdir.

 

Demokratiya İcmasının növbəti konfransı Monqolustanın Ulan-Bator şəhərində keçirəcək.

 

Demokratiya İcması 2000-ci ildə Varşavada Polşanın keçmiş Xarici İşlər Naziri Bronislav Geremek və keçmiş ABŞ dövlət katibi Madlen Olbraytın təşəbbüsü ilə yaradılmışdır. 2000-ci ildə keçirilən müvafiq konfransda dünyanın 106 ölkəsindən olan nazirlər heyəti Demokratiya İcmasına Doğru Bəyannaməsini imzaladılar.