VÜQAR QURDQANLI MÖVQEYİNDƏ İSRARLIDIR

Bu gün (09 iyul) RATİ-nin mətbuat mərkəzində müstəqil şəkildə fəaliyyət göstərən jurnalist Vüqar Qurdqanlı tərəfindən mətbuat konfransı keçirilib.

Qurdqanlı mətbuat konfransı keçirməkdə məqsədinin qarşılaşdığı anlaşılmaz vəziyyəti ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarət olduğunu bildirdi.
Altı ay əvvəl “Xural” qəzetində Yevlax Şəhər İcra Başçısı Elmar Vəliyevlə bağlı silsilə yazılar yazdığını deyən Qurdqanlı yazılar nəticəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1il 6 ay müddətinə islah işlərinə, yəni aldığı əmək haqqının 20%-nin dövlətin nəfinə köçürməyə məhkum edildiyini vurğuladı. Qurdqanlı həmin məqalələrin prezidentə yazılan və Yevlaxda baş verən qeyri-qanuni əməllərin əks olunduğu məktuba istinadən yazdığını qeyd etdi.
“Lakin bu məbləği ödəmək üçün məhkəmə icraçıları konkret iş yerindən arayış tələb edirlər, mən isə bütün qəzetlərdə, o cümlədən “Xural” qəzetində ictimai əsaslarla işləmişəm. Ona görə də tələb olunan arayışı verə bilmirəm. Məhkəmə icraçıları isə mənə hər hansı bir yerdə fəhlə kimi işləməyi və həmin yerdən də arayış gətirməyi tələb ediblər. Halbuki mən fəhlə kimi deyil, jurnalist kimi, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci maddələrində təqsirli bilinərək bu cəzaya məhkum edilmişəm”, – deyə jurnalist vurğuladı.
Qurdqanlı öz mövqeyində israrlı olduğunu, heç yerdə fəhlə kimi işləməyəcəyini və nəticədə həbs olunacaqsa belə bundan qorxmadığını qeyd etdi.

Previous Post

ƏLİ HƏSƏNOV YENƏ JURNALİSTLƏRİN ƏFV EDİLMƏSİNDƏN DANIŞIB

Next Post

İSTİNTAQ MATERİALLARINI YAYANLARIN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.