İSTİNTAQ MATERİALLARINI YAYANLARIN İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluq, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi, “Lider” TV, AzTV, ATV, və “Space” telekanallarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

İlk olaraq ötən prosesdə media nümayəndələrinin çəkiliş aparmaqla bağlı etdikləri müraciətə münasibət bildirən  hakim proses zamanı video və foto çəkilişin aparılmasına icazə verib.
      Bundan sonra “Lider” telekanalının nümayəndəsi Elnur Hacızadə verilmiş iddiaya qarşı yazılı etiraz təqdim etdi və dedi: “Bu istintaq materialları bizə prokurorluq tərəfindən verilib və məhkəmə qərarı ilə yayımlanıb. Dövlət strukturları tərəfindən verilən hər bir material məcburi yayımlanır”.
        Məsələyə münasibət bildirən A. Xəlilin nümayəndəsi Elçin Sadıqov isə Baş Prokurorluğun nümayəndəsinin prosesdə iştirak etməməyini bir daha diqqətə çəkib. “İddia ərizəsində olduğu kimi Elnur Hacızadənin etirazında da bildirilir ki, bu materiallar telekanallara Baş Prokurorluq tərəfindən verilib. Ona görə də Baş Prokurorluğun nümayəndəsinin məhkəmədə iştirakı vacibdir”.
      Hakim bu məsələ ilə bağlı təkrarən Baş Prokurorluğa müraciət edəcəklərini qeyd edərək prosesi iyulun 23-ü saat 16:00-a qədər təxirə saldı. 
Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,77/

Video:http://www.youtube.com/watch?v=XY92NQavcj4&eurl=http://irfs.az/

Previous Post

VÜQAR QURDQANLI MÖVQEYİNDƏ İSRARLIDIR

Next Post

QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ QARŞISINDA İDDİA QALDIRILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.