ƏLİ HƏSƏNOV YENƏ JURNALİSTLƏRİN ƏFV EDİLMƏSİNDƏN DANIŞIB

“Day.az” saytının yaydığı məlumata görə, Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə verdiyi açıqlamasında həbsdəki jurnalistlərin əfv edilməsi üçün Mətbuat Şurasının müraciət etdiyini və bu barədə prezidentə məruzə olunacağını bildirib.

Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puçun  həbsdəki jurnalistlərin buraxılmayacağı təqdirdə siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin oluna biləcəyi ilə bağlı açıqlamasına toxunan Həsənov beynəlxalq təşkilatların bu cür bəyanatlarının hakimiyyət tərəfindən qəbul olunmadığını qeyd edib. Onun sözlərinə görə, jurnalistlər konkret cinayət əməli törətdiklərini görə məhkəmələr tərəfindən məhkum ediliblər, Azərbaycan hakimiyyəti isə onları yalnız əfv edə bilər.  
Qeyd edək ki, iyulun 22-i Milli Mətbuat Günü münasibətilə həbsdəki jurnalistlərin azadlığa buraxılması gözlənilir.

Previous Post

İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜNVANINA SƏSLƏNƏN TƏNQİDLƏRƏ REAKSİYA VERİB

Next Post

VÜQAR QURDQANLI MÖVQEYİNDƏ İSRARLIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.