Bu gün (16 iyul) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin “Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı üzrə başlanmış cinayət işinə xitam verilməsinin qeyri-qanuni hesab edilməsi ilə bağlı jurnalistin qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.
A. Xəlilin nümayəndəsi Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, qapalı keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Ələmdar Məmmədov iddianın təmin edilməməyini istəyib.
Qeyd edək ki, A. Xəlil iddiasında döyülməsi faktı ilə bağlı cinayət işinin yenidən açılmasını tələb edir.
Hakim prosesi sabah (17 iyul) saat 10:00-a təyin edib.
Xatırladaq ki, A.Xəlilin döyülməyi ilə bağlı foto şəkillər və video görüntülərin olmasına baxmayaraq Baş Prokurorluq jurnalistin “Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı üzrə başlanmış cinayət işinə mayın 21-də xitam vermişdi.
Xəlilin döyülməsini əks etdirən video:
Xəlilin döyüldükdən sonra verdiyi müsahibəni əks etdirən video: