MƏHKƏMƏ AQİL XƏLİLİN İDDİASINI TƏMİN ETMƏDİ

Bu gün (17 iyul) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin “Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı ilə bağlı jurnalistin qaldırdığı iddia təmin edilməyib.

Bu barədə RATİ-yə məlumat verən jurnalistin vəkili E. Sadıqovun sözlərinə görə qərardan Apellyasiya şikayəti veriləcək.
 
Xatırladaq ki, A.Xəlilin döyülməyi ilə bağlı foto şəkillər və video görüntülərin olmasına baxmayaraq Baş Prokurorluq jurnalistin “Zeytun bağı” adlanan ərazidə döyülməsi faktı üzrə başlanmış cinayət işinə mayın 21-də xitam vermişdi. Bundan narazı qalan jurnalist məhkəməyə müraciət edərək xitamın qeyri-qanuni hesab edilməsini və cinayət işinin yenidən açılmasını istəmişdi.
Xəlilin döyülməsini əks etdirən  video:

http://www.youtube.com/watch?v=422fu6Xn6P0&eurl=http://www.irfs.az/content/blogcategory/15/31/14/42/lang,az/

Xəlilin döyüldükdən sonra verdiyi müsahibəni əks etdirən video:

http://www.youtube.com/watch?v=EWsNClGlPcw&eurl=http://www.irfs.az/content/blogcategory/15/31/14/42/lang,az/

Previous Post

ATƏT STREKALİNƏ HÖKMÜN VERİLMƏSİNİ PİSLƏYİR

Next Post

“ELMAR HÜSEYNOVUN ADI HƏMİŞƏ AZADLIQ SİMVOLU OLARAQ QALACAQ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.