ATƏT STREKALİNƏ HÖKMÜN VERİLMƏSİNİ PİSLƏYİR

Bu gün ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Nəsimi rayon Məhkəməsinin “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasında təqsirləndirilən Sergey Strekalinin işi üzrə verdiyi hökmü pisləyən bəyanat yayıb.

“Bu hüquq-mühafizə orqanları tərəfindən Aqil Xəlilə, onun qəzetinə və Azərbaycanda tənqidi jurnalistikanın  olan-qalan sonuncu nümayəndələrinə qarşı təşkil edilmiş qarayaxma kampaniyasının ən yüksək nöqtəsidir”, –  deyə Haraşti bildirmişdir. 
Daha sonra Haraşti bəyanatda deyir:
“Mən Strekalinə qarşı bu şou məhkəməsini həqiqi bıçaqlayanları ört-basdır etmək üçün bir cəhd kimi qiymətləndirirəm. […] Bu fərziyyələrin necə yanlış olmasına aydınlıq gətirmək üçün mən sizə xatırlatmaq istəyirəm ki, prokurorluq fevralda Aqil Xəlilə hücum edən iki zabitə qarşı ittiham işinə xitam verdikdən sonra, jurnalisti gözdən salmaq üçün geniş şəkildə ictimai kampaniya aparmağa başladı. Öz ssenarisini dəstəkləmək üçün prokurorluq əsas televiziya kanallarına göstəriş verdi ki, özünü keçmiş qısqanc “sevgili” kimi aparan Strekalinin jurnalisti bıçaqladığını etiraf etdiyi video çəkilişi nümayiş etdirsinlər.” 
Bəyanatı tam şəkildə burada oxuya bilərsiniz:http://www.osce.org/item/32232.html

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI HƏDƏLƏNİB

Next Post

MƏHKƏMƏ AQİL XƏLİLİN İDDİASINI TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.