POLİS “MÜSAVAT”IN KEÇİRMƏK İSTƏDİYİ PİKETİN QARŞISINI ALIB

Bu gün (01 avqust) Müsavat Partiyasının bir qrup fəalı sərbəst toplaşmaq azadlığının təmin edilməsi və prezident seçkiləri öncəsi demokratik şəraitin yaradılması tələbi ilə  Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd göstəriblər.

RATİ əməkdaşlarının müşahidələrinə görə, təxminən 10 nəfərə yaxın aksiya iştirakçısı  “Azad seçki!” şüarı ilə bir neçə dəfə BŞİH-nin binasına yaxınlaşmağa cəhd göstərmək istəyib. Amma onlar buna nail ola bilməyiblər. Nəticədə polis həmin aksiyaya iştırakçılarını saxlayıb.
Qeyd edək, saxlanılanlar arasında piketdə aksiya iştirakçısı kimi iştirak edən “Yeni Müsavat” qəzetinin də bir-neçə əməkdaşı olub.     
 
Previous Post

Musavat partiyasinin piketi

Next Post

MÜSTƏQİL HƏRBİ SAYTIN FƏALİYYƏTİNƏ ƏNGƏL TÖRƏDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.