Bu gün (01 avqust) Müsavat Partiyasının bir qrup fəalı sərbəst toplaşmaq azadlığının təmin edilməsi və prezident seçkiləri öncəsi demokratik şəraitin yaradılması tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd göstəriblər.
RATİ əməkdaşlarının müşahidələrinə görə, təxminən 10 nəfərə yaxın aksiya iştirakçısı “Azad seçki!” şüarı ilə bir neçə dəfə BŞİH-nin binasına yaxınlaşmağa cəhd göstərmək istəyib. Amma onlar buna nail ola bilməyiblər. Nəticədə polis həmin aksiyaya iştırakçılarını saxlayıb.
Qeyd edək, saxlanılanlar arasında piketdə aksiya iştirakçısı kimi iştirak edən “Yeni Müsavat” qəzetinin də bir-neçə əməkdaşı olub.