MÜSTƏQİL HƏRBİ SAYTIN FƏALİYYƏTİNƏ ƏNGƏL TÖRƏDİLİR

Bu  gün (01 avqust) "Milaz.info" saytının təsisiçiləri sayta qarşı təxribatlarla bağlı mətbuat konfransı keçiriblər.

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin ofisində baş tutan mətbuat konfransında İctimai Birliyinin sədri Yaşar Cəfərli, “651 saylı hərbi hissənin veteranları”  İctimai Birliyin sədri İldırım Məmmədov, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Məmmədov (Sümərinli), “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov və “Manevr” Jurnalist Araşdırmalar Mərkəzinin sədri Rəşad Süleymanov iştirak edirdi (hər 5 təşkilat həmin saytın təsiçiləri və  idarə heyətinin üzvləridir).
Tədbirdə ilk çıxış edən Y. Cəfərli sayt haqqında məlumat verdikdən sonra “Doktrina” jurnalistlər araşdırma mərkəzinin direktoru Cəsur Məmmədov çıxış etdi. "Milaz.info" saytının 2007-ci ilin sentyabrından fəaliyyətə başladığını, saytda Azərbaycanın, o cümlədən dünya ölkələrinin müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələrin işıqlandırıldığını qeyd etdi: “Bu il iyul ayının 28-də məlum olmayan səbəblərdən fəaliyyətini dayandırmış  sayt dünən (31 iyul) saat 14.15 radələrindən işləməyə başladı. Bu dövrdə sayta bir həftə ərzində (iyulun 21-dən 28-dək) yerləşdirilmiş xeyli sayda məqalə, müsahibə, xəbər və şərhlər isə saytdan silinib. Belə hallar bu vaxta kimi dəfələrlə təkrarlanıb. Biz əvvələr bunun texniki bir problem hesab edirdik. Sonradan saytda olan məlumatların da silinməsi isə bəzi məmurların bu kimi saytın fəaliyyətində maraqlı olmadıqlarını fikirləşməyə əsas verir. Saytımıza olan basqılar göstərir ki, problem heç də texniki xarakterli deyil. Yəqin ki saytımızda vaxtaşırı dərc olunan tənqid xarakterli məlumatlar kimlərinsə xoşuna gəlmir", –  deyə C. Məmmədov bildirdi.
C. Məmmədov problemlə bağlı hüquq-mühafizə orqanlarına, habelə beynəlxalq təşkilatlara müraciət etməyə hazırlaşdıqlarını da söylədi.

Previous Post

POLİS “MÜSAVAT”IN KEÇİRMƏK İSTƏDİYİ PİKETİN QARŞISINI ALIB

Next Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI İDDİA ÜZRƏ MƏHKƏMƏ ARAŞDIRMASI SONA ÇATDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.