Bu gün (19 avqust) Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sədrliyi ilə “Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidovun kassasiya şikayətinə baxılmalı idi.
Baş redaktorun vəkili Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, məhkəmə 26 avqust saat
10.30-a qədər təxirə salınıb. Buna hakimin məzuniyyətdə olması səbəb olub.
Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov 07 mart 2008-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 127.2.3 maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov 13 may 2008-ci il tarixdə bu qərarı

qüvvədə saxlamışdı.