ZAHİDOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

Bu gün (19 avqust) Ali Məhkəmənin hakimi Müzəffər Ağazadənin sədrliyi ilə “Azadlıq” qəzetinin həbs edilmiş baş redaktoru Qənimət Zahidovun kassasiya şikayətinə baxılmalı idi.

Baş redaktorun vəkili Elçin Sadıqovun RATİ-yə verdiyi məlumata görə, məhkəmə 26 avqust saat
10.30-a qədər təxirə salınıb. Buna hakimin məzuniyyətdə olması səbəb olub.
Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov 07 mart 2008-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə  Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyov 13 may 2008-ci il tarixdə bu qərarı
qüvvədə saxlamışdı.
Previous Post

ELAN

Next Post

MİRZƏ SAKİT HƏYATINA SUİ-QƏSD HAZIRLANDIĞINI BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.