“Trend” Agentliyinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə istinadən yaydığı məlumata görə, Şuranın bu gün (11 yanvar) iclası keçirilib.
İclas zamanı Azərbaycanda fəaliyyət göstərən telekanallarda bəzi verilişlərin əcnəbi dillərdə yayımlanması haqqında qərar çıxarılıb. Məhərrəmli bildirib ki, iclasda. 30 dəqiqədən çox olmamaq şərtilə, bəzi xüsusi buraxılışların, intellektual verilişlərin, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının, Azərbaycan dilində subtitrlər olmaq şərtilə, xəbərlərin yayımına icazə veriləcək. Qərara əsasən, ilin sonunadək telekanallar xüsusi intellektual proqramların tədricən Azərbaycan dilində yayımlanmasını təmin etməlidirlər. Xatırladaq ki, MTRŞ-nin qərarı ilə 2008-ci il, yanvarın 1-dən etibarən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii və sənədli) yayımı qadağan edilib.