İLQAR NƏSİBOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

 Bu gün Naxçıvan Şəhər Apellyasiya Məhkəməsinin hakimi Əli Allahverdiyevin sədrliyi ilə “Azadlıq” radiosunun müxbiri İlqar Nəsibova 1 il müddətinə şərti həbs cəzasının kəsilməsindən verilən şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Hakim tərəflərə hüquq və vəzifələrini açıqladıqdan və işin icraata götürüldüyünü elan etdikdən sonra  məhkəmə prosesini 18 yanvar saat 10:00-a təyin edib. Bu məlumatı RATİ-yə jurnalistin həyat yoldaşı Məlahət Nəsibova verib.

     Xatırladaq ki, dekabrın 6-da üç ay müddətinə həbs edilmiş "Azadlıq" radiosunun əməkdaşı İlqar Nəsibov dekabrın 10-da Apellyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılmışdı. Lakin həmin gün Naxçıvan Şəhər məhkəməsi tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəylinin və həmin universitetin işçiləri Emin Ucar və Nizami Aloyevvin iddası əsasında İ.Nəsibova bir il müddətində şərti iş kəsilmişdi.

Previous Post

EYNULLA FƏTULLAYEV ƏFV EDİLMƏMƏSİNİ SİFARİŞLİ HƏBSİ İLƏ ƏLAQƏLƏNDİRİB

Next Post

ƏCNƏBİ DİLDƏ VERİLİŞLƏRİN YAYIMLANMASINA İCAZƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.