ƏCNƏBİ DİLDƏ VERİLİŞLƏRİN YAYIMLANMASINA İCAZƏ VERİLİB

  “Trend” Agentliyinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə istinadən yaydığı məlumata görə, Şuranın bu gün (11 yanvar) iclası keçirilib.

İclas zamanı Azərbaycanda fəaliyyət göstərən telekanallarda bəzi verilişlərin əcnəbi dillərdə yayımlanması haqqında qərar çıxarılıb.        Məhərrəmli bildirib ki, iclasda. 30 dəqiqədən çox olmamaq şərtilə, bəzi xüsusi buraxılışların, intellektual verilişlərin, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarının, Azərbaycan dilində subtitrlər olmaq şərtilə, xəbərlərin yayımına icazə veriləcək.  Qərara əsasən, ilin sonunadək telekanallar xüsusi intellektual proqramların tədricən Azərbaycan dilində yayımlanmasını təmin etməlidirlər.     Xatırladaq ki, MTRŞ-nin qərarı ilə 2008-ci il, yanvarın 1-dən etibarən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii və sənədli) yayımı qadağan edilib.
Previous Post

İLQAR NƏSİBOVUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ İCLASI KEÇİRİLİB

Next Post

MƏTBUAT ŞURASI ARAŞDIRMALAR APARIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.