“Digər ölkələrlə müqayisədə Azərbaycanda radiostansiyaların sayı çox azdır. Hesab edirik ki, ölkədə radiostansiyaların sayını artırmaq lazımdır”.
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə Milli Televiziya və Radio Şurasının sərdi Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, yaxın günlərdə yeni radiotezlik üçün tenderin keçirilməsi barədə qərar qəbul oluna bilər. Nuşirəvan Məhərrəmli yeni radiostansiyanın seçkilərə qədər açılıb-açılmayacağına aydınlıq gətirməyib.