“MÜXALİFƏT” QƏZETİ FƏALİYYƏTİNİ BƏRPA EDİB

Maliyyə problemlərinə görə 8 ay bundan öncə nəşrini dayandırmış “Müxalifət” qəzeti artıq fəaliyyətini bərpa edib.

Bu haqda RATİ-yə “Müxalifət”qəzetinin baş redaktoru Rövşən Kəbirli məlumat verib: ”Sentyabr ayının 6-dan başlayaraq “Müxalifət” qəzeti  hər həftənin şənbə günü satışda olacaq”.

Baş redaktorun sözlərinə görə, qəzetin maliyyə problemləri hələ də qalmaqdadır: “Buna baxmayaraq qəzetimiz məhdud maliyyə resursları ilə nəşrini davam edəcək. “Müxalifət” qəzeti yenə də beynəlxalq aləmdə və ölkə daxilində baş verən ictimai-siyasi prosesləri oxuculara çatdıracaq”.

Previous Post

BİR-NEÇƏ QƏZETİN SATIŞ QİYMƏTİ BAHALAŞIB

Next Post

YENİ RADİO-TEZLİK ÜÇÜN TENDRİN KEÇİRİLƏCƏYİ GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.