Türkiyənin “TRT” kanalı Azərbaycan ərazisində yayım dairəsini genişləndirmək üçün tələb olunan avadanlıqlarının bir hissəsini artıq ölkəyə gətirib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Teleradio” İstehsalat Birliyindən “APA-Economics”ə bildirib ki, hazırda “TRT”-nin Azərbaycan əhalisi üzrə əhatə göstəricisi 40-45 faizdir. Kanal yalnız Bakı, Abşeron, Gəncədə yayımlanır.
Məlumata görə, Türkiyə Baş Nazirinin Aparatının Türk Əməkdaşlıq və İnkişaf Agentliyi ilə RİTN və Azərbaycan Milli Televiziya və Radio Şurası arasında televiziya yayımı sahəsində bu il yanvarın 24-də imzalanmış texniki xidmət haqqında müqaviləyə əsasən isə “TRT”-nin Azərbaycan ərazisində yayımı 90 faizə çatmalıdır.