SEVİNC OSMANQIZI AKTİV JURNALİSTİKA İLƏ MƏŞĞUL OLMAQ FİKRİNDƏDİR

Uzun illər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri  olmuş Sevinc Osmanqızı tutduğu vəzifədən gedib.

“Lent.az”-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dörsi deyib.
Osmanqızının özü də “Bakı xəbər” qəzetinə müsahibəsində bu faktı təsdiqləyib. O bildirib ki, daha çox jurnalistika ilə məşğul olmaq və rəhbəri olduğu  “Qadın Jurnalistlər Birliyi”ndəki işlərinin genişləndirmək məqsədilə səfirlikdə tutduğu vəzifədən istefa verib. Osmanqızı istefa verməsinin başqa heç bir səbəbinin olmadığını deyib.

Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

TÜRKİYƏNİN “TRT” KANALI AZƏRBAYCANDA YAYIM DAİRƏSİNİ GENİŞLƏNDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.