“TOLIŞİ SƏDO” QƏZETİNİN HƏBSDƏ OLAN BAŞ REDAKTORUNUN OĞLUNUN MƏHKƏMƏSİ BAŞLANDI

Dünən (09 sentyabr) Səbayel rayon Məhkəməsində Milli Elmlər Akademiyasının şöbə müdiri, “Tolişi Sədo” (Talışın səsi) qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədovun cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu il iyulun 16-da üzərində az miqdarda narkotik maddə ilə saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (narkotik maddənin saxlanılması və istifadəsi) maddəsi ilə ittiham edilir.    

Xatırladaq ki, N.Məmmədov vətənə xəyanətdə ittiham edilərək bu ilin fevralında  10 il müddətinə azadlıqdan məhrum edilib. Bu səbəbdən də RATİ onun oğlunun şərlənərək həbs edildiyini istisna etmir.

Previous Post

TÜRKİYƏNİN “TRT” KANALI AZƏRBAYCANDA YAYIM DAİRƏSİNİ GENİŞLƏNDİRİR

Next Post

“BAKI ZAMAN” QƏZETİ OFİSSİZ QALA BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.