YENİ TELEKANALIN AÇILACAĞI GÖZLƏNİLİR

Gələn aydan etibarən Azərbaycanda yeni telekanal fəaliyyətə başlaya bilər.

Bu barədə “Azadlıq” qəzetinin bu günkü (11 sentyabr)  sayında məlumat verilir.
“Kanalın təsisçisi barədə hər hansı məlumat olmasa da, onun birbaşa hakim ailənin nəzarətində olacağı bildirilir. Deyilənə görə, kanalın adı da buna işarə edir. Yeni kanalın adı isə məlumata görə, “Nərgiz TV”dir”, – deyə “Azadlıq” qəzeti yazır.
Məlumatda o da bildirilir ki, hazırda yeni telekanalda işləmək üçün  müxtəlif jurnalistlərə və peşəkarlara təkliflər daxil olub. Kanalın yaradıcıları  oktyabrın ortalarına qədər onun sınaq efirini hazırlamağı planlaşdırırlar. İlk efirin isə ya oktyabrın 15-i prezident seçkiləri gününə, ya da prezidentin andiçmə mərasiminə salınması nəzərdə tutulur.

Previous Post

SABAH BMM-DƏ SEMİNAR OLACAQ

Next Post

QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.