QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (11 sentyabr) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin (Zahidov) əl yazmaları ilə bağlı məhkəmə prosesi keçirilməli idi.

Cavabdeh tərəfin nümayəndəsi  Ağamməd Məmmədovun prosesdə iştirak etməməyinə görə məhkəmə iclası 25 sentyabr saat 15:00 təxirə salındı.
 Xatırladaq ki, Zahid 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan zaman müasir Azərbaycan tarixindən bəhs edən kitab yazıb. Kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə müəllifdən alınıb. Daha sonra əlyazmalar Ədliyyə Nazirliyi Penitensiar Xidmətə göndərilib. Penitensiar Xidmətdən İstintaq Təcridxanasına qaytarılan əlyazmaların sonda məhv edildiyi bildirilir. Zahid məhkəməyə müraciət edərək əlyazmaların müsadirə edilməsinin qeyri-qanuni hesab olunması və əlyazmaların ona qaytarılmasını təmin edilməsini tələb edir.

Previous Post

YENİ TELEKANALIN AÇILACAĞI GÖZLƏNİLİR

Next Post

BMM-DƏ HƏR KƏS TƏDBİR KEÇİRƏ BİLMƏZ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.