
“Seçki 2008” QHT Koalisiyası sentyabrın 12-si saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər” mövzusunda seminar keçirəcək.
Qeyd edək ki, iyulun 17-dən BMM qeyri-müəyyən müddətə qədər təmirə bağlandığını elan etmişdi (http://www.irfs.az/content/view/1018/28/lang,az/). Bu müddət ərzində isə BMM tədbirlərin keçirilməsi üçün edilmiş çoxsaylı müraciətləri rədd etmişdi. Bu gün fəaliyyətini bərpa edib-etməməyi və ya bu tədbirin istisna hal olduğunu aydınlaşdırmaq üçün BMM-ə nömrələrinə (http://www.aipc.az/?action=static&altname=Elaqe) zəng etsək də dəstəyi qaldıran olmadı. Amma saat 18.00 radələrinə 493-29-75 http://phone.rabita.az/?module=SearchByPhone&phone=4932975&city=0 – bu nömrə də rəsmi olaraq “Kaspi” qəzeti redaksiyasına aiddir. Baxmayaraq ki, BMM-in saytinda bu nömrə də göstərilir) nömrəsinə bir kişi cavab verdi. O da gözətçı olduğunu bildirərək hər hansı bir sualı cavablandıra bilmədi.