ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

“Booz Allen Hamilton” beynəlxalq məsləhətçi şirkəti Azərbaycanın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan yeni yüksək sürətli Şərq-Qərb super informasiya magistralının eskiz layihəsini hazırlayır.

APA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin bildirdiyinə görə, bu şirkət üç ay ərzində layihənin eskizini hazırlayacağı barədə öhdəlik götürüb. Bu layihə noyabrın 11-14-də Bakıda keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində olacaq “Regional Nazirlər Görüşü” adlı seminarda təqdim ediləcək. Nazir Abbasov 20 ölkənin nazir və digər rəsmi şəxslərinin qatılacağı seminarda ölkələrin layihəyə müsbət rəy verəcəklərini gözləyir.

Çox geniş imkanlara malik olan bu layihə hazır olduqdan sonra onun dəyəri də müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Qara dənizin qərb ölkələrindən Cənubi-Şərqi Asiyaya qədər olan informasiya boşluğunu aradan qaldırmaq üçün yüksək sürətli şəbəkə yaradılması təşəbbüsü ilə çıxış edib. Regional şəbəkə Qara dənizin qərbini, Qafqaz, Orta Asiya və Cənubi-şərqi Asiya ölkələrini əhatə edəcək. Bu şəbəkənin yaradılmasında Azərbaycanın mərkəzi ölkə kimi iştirak etməsinə bir çox dövlətlər razılıq veriblər.

RATİ layihənin detalları və magistralın marşrutu ilə bağlı dəqiqləşmələr aparmaq məqsədilə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyin ilə telefon əlaqəsi yaratsa da təəssüf ki, suallarımızı cavablandıran olmadı.

Previous Post

MİLLƏT VƏKİLİNİN YOL POLİSİ VƏ AZTV-YƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

“KİV-DƏ SEÇKİ AB-HAVASI HİSS OLUNMUR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.