“KİV-DƏ SEÇKİ AB-HAVASI HİSS OLUNMUR”

Bu gün (12 sentyabr) Beynəlxalq Mətbuat Mərkəzində “Seçki-2008” QHT-koalisiyanın təşkilatçılığı ilə “Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər” mövzusunda tədbir keçirildi.

Tədbiri giriş sözü ilə “İnam” Plüralizm mərkəzinin rəhbəri Vahid Qazi  açaraq bildirdi ki, seçkilərin gedişində medianın, KİV-lərin rolu, təsiri sönükdür. O, əvvəlki  seçki illəri ilə müqayisədə bu ilki seçkilərin mediada çox az işıqlandırıldığını dedi.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə mətbuatda seçki ab-havasının hiss olunmadığını bildirdi.

 Tədbirdə prezdentliyə namizədlərdən, Fazil Qəzənfəroğlu, Qulamhüsayn Əlibəyli, YAP-ın namizədi prezident İlham Əliyevin  səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı və QHT rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMM-də bu gün də tədbir keçirilsə də, mətbuat mərkəzində hər kəsə mətbuat konfransı və ya digər tədbirlərin keçirilməsi  (http://www.irfs.az/content/view/1254/28/lang,az/) üçün icazə verilmir.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,119/

Previous Post

ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

Next Post

DÜNƏN AZƏRBAYCANIN İNTERNETLƏ TƏMİNATINDA PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.