MİLLƏT VƏKİLİNİN YOL POLİSİ VƏ AZTV-YƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN EDİLMƏDİ

Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə  millət vəkili Bəxtiyar Əliyevin Baş Dövlət  Yol Polis İdarəsi (BDYPİ) və Azərbaycan   Dövlət Teleradio Şirkətinə qarşı (AzTV) qaldırdığı  iddia üzrə başlanmış  məhkəmə prosesi bu gün (11 sentyabr) başa çatdı.

Hakim Qurbanov millət vəkili Əliyevin irəli sürdüyü iddianı əsasız hesab edərək təmin etmədi.
Hakim prosesdə foto və video çəkilişin aparılmasına icazə verməyib.
Xatırladaq ki, yol polisi AzTv-də mütəmadi olaraq Bakı şəhərində yol hərəkatı qaydasının pozulmasına dair Ramazan Mütəllibovun şərhi ilə süjetlər nümayiş etdirir. Belə süjetlərin birində   millət vəkili Əliyevin avtomobili də nümayiş olunub və millət vəkili bu addımı şəxsiyyətinin alçaldılması və təhqir edilməsi kimi dəyərləndirərək məhkəməyə müraciət etmişdi. O, AzTV-nin və yol polisinin ondan üzür istəməsini və dəymiş mənəvi ziyana görə telekanalın və  polisin hərəsinin 50 min AZN olmaqla cərimələnməsini tələb etmişdi.

Previous Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ŞƏRQ-QƏRB İNFORMASİYA MAGİSTRALI LAYİHƏSİ HAZIRLANILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.