“GEN” MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyev və digərləri tərəfindən aldadılaraq pulları alınan bir qrup insan bu gün (16 sentyabr) RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirdi.
Aldanmış sakinlərin nümayəndəsi Vidadi İsgəndərovun sözlərinə görə, əhaliyə mənzil tikib təhvil verəcəyi ilə bağlı vəd verən şirkət təxminən 500 nəfəri aldadraq ümumi məbləği 112 milyon AZN mənimsəyib.
Mənzillərini tələb edən sakinlər isə ayrı-ayrı məmurların bürokratik əngəlləri üzləşirlər.
Xatırladaq ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev 2008-ci il iyunun 11-də Bakı şəhər Baş Polis İdarəsi tərəfindən həbs olunub. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, daha sonra isə şirkət rəhbərinin müavini Nəbi Məmmədov və xəzinədar Həbib Ağayev həbs edilib və barələrində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onlara qarşı ACM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb..
Qeyd edək ki, bu sosial problemə aid olan mövzu üzrə bağlı konfransın RATİ-nin mətbuat mərkəzində keçirilməsinə səbəb şikayətçilərin mətbuat konfransı keçirmək üçün yer (http://www.irfs.az/content/view/1230/28/lang,az/) tapa bilməmələri ilə bağlıdır.