Əvəz Zeynallı Gülər Əhmədovanın məhkəməyə gətirilməsini tələb edib

evez zeynalli

Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barədə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu dəfəki prosesdə vəkil Elçin Sadıqovun çıxışı nəzərdə tutulsa da, Əvəz Zeynallı vəsatətlə çıxış edib.

O, sabiq deputat Gülər Əhmədovanın 13  fevral tarixdə həbs edildiyini əsas gətirərək, istintaqın yenilənməsi və Əhmədovanın şahid qismində dindirilməsi ilə bağlı vəsatət verib. Zeynallı sabiq deputatın ona xəbər göndərərək, məhkəmədə ifadə vermək istədiyini də qeyd edib. Lakin vəsatət təmin edilməyib.

Proses zamanı Əvəz Zeynallı ilə prokuror Ramazan Hadıyev arasında insident yarandığından hakim fasilə elan edib. Fasilədən sonra prosesin 07 mart saat 14:00-a təxirə salınması ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. 13 fevral 2013-cü ildə dövlət ittihamçısı Əvəz Zeynallının 11 il müddətinə həbs olunmasını istəyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 3 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Jurnalist yaxınlarının onun fəaliyyətinə görə həbs olunduğunu bildirir

Next Post

Media mənsubları ifadə azadlığı sahəsində durumun pisləşdiyini bildirirlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.