Jurnalist yaxınlarının onun fəaliyyətinə görə həbs olunduğunu bildirir

AE7C9F0B-1442-42B1-BAB1-68223F285EC5_s (1)

“Azadlıq” qəzetinin müxbiri, peyk vasitəsilə Medya TV-də yayımlanan “Azərbaycan saatı” verilişinin əməkdaşı və müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğlunun (Ədilov) Sabirabad rayonunda yaşayan qardaşı Murad Ədilov və dayısı oğlu Səbuhi Nadirov fevralın 27-də həbs edilib.

Sabirabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevin mətbuata verdiyi məlumata görə, hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılaraq saxlanılıblar.

Natiq Güləhmədoğlu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, qardaşı və dayısı oğlunun həbsi onun siyasi və jurnalist fəaliyyəti ilə bağlıdır. “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramında hakimiyyəti daim tənqid edirəm. Bu günkü yazımda da qeyd etmişəm ki, məqsəd yaxınlarımı həbs etməklə mənə təsir göstərməkdir” – deyən Natiq Ədilov vurğulayır ki, bu həbslərlə onu yolundan çəkindirmək mümkün olmayacaq.

Previous Post

Hilal Məmmədov vəkillərinə məhkəmədə danışmağı qadağan edib

Next Post

Əvəz Zeynallı Gülər Əhmədovanın məhkəməyə gətirilməsini tələb edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.