Hökumət hüquq müdafiəçilərinin fotosərgisinin keçirilməsinə imkan verməyib

Martın 18-də “Xətai” Sənət Mərkəzində “Azərbaycanda insan hüquqları  müdafiəçilərinə dəstək” adlı fotosərgi  başlayandan  yarım saat sonra sərgi  mərkəz administrasiyasının tələbi ilə yığışdırılıb. Mərkəzin meneceri Nəzakət xanım sərginin məzmunundan xəbərdar olmadıqlarını iddia edərək şəkillərin yığışdırılmasını tələb edib. Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayılova isə əvvəlcədən sərginin insan hüquqlarına həsr olunması barədə mərkəz administrasiyasını  xəbərdar etdiklərini bildirib.

Açılış mərasimində çıxış edərkən Şəhla İsmayılova Azərbaycan İnsan Hüquqları Evinin tərəfdaşı olan Qadınlar Cəmiyyətinin sərgi üçün yerin icarəyə götürülməsi və mətbəələrdə fotoların çap olunması  ilə bağlı problemlərlə üzləşdiyini deyib. “Bizdən hər yerdə imtina etdilər və Prezident Administrasiyasından icazə almağımızı tələb etdilər. Azərbaycanda insan hüquqlarının müdafiəsinə həsr olunmuş sərginin açılan kimi bağladılması deyilənlərin təsdiqidir”, – deyə İsmayılova  qeyd edib.

Qeyd edək ki, sərgiyə 1000-dən çox fotodan seçilmiş 100-dən çox foto çıxarılıb. Onlar müxtəlif KİV-lərin fotoreportyorları tərəfindən təqdim olunub və Azərbaycanda insan hüquqları və azadlıq uğrunda asan olmayan mübarizədən bəhs edir. Sərgi hüquq müdafiəçilərinə onların asan olmayan fəaliyyətində dəstək olmaq məqsədi ilə keçirilib  və  Norveç XİN, Avropa Komissiyası və İnsan Hüquqları Evi tərəfindən dəstəklənib.

Previous Post

Jurnalistin qəzetə qarşı şikayəti təmin edilmədi

Next Post

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilmədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.