MTRŞ müsabiqə nəticələrini açıqlayıb

Aprelin 2-də Milli Televiziya və Radio Şurasının keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

 Həmçinin iclasda “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq “Caspian İnternational Broadcasting Company” MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib

Previous Post

Dövlət ittihamçısı jurnalist Araz Quliyevə 9 il cəza verilməsini istədi

Next Post

Azadlıq radiosunun Naxçıvan müxbiri şantaj edilir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.