Azadlıq radiosunun Naxçıvan müxbiri şantaj edilir

221805_162084863856425_6339206_n

“Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu şantaj edilir. Bu barədə bu gün (5 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistin özü məlumat verib. O bildirib ki, aprelin 3-də onun evinə şantaj və hədə dolu məktubla paket gətiriblər, paketdə çılpaq qadın şəkilləri, facebook yazışmaları və naməlum kişi və qadın arasında intim söhbət əks olunan CD var idi.

“Növbəti gün bir kişi mənə zəng edərək, özünü Naxçıvan MTN-in nümayəndəsi kimi təqdim etdi. O dedi ki, paket MTN əməkdaşları tərəfindən göndərilib və mənə Naxçıvan haqqında neqativ materiallar hazırlamağa son qoymağı təklif etdi O, həmçinin pul təklif etdi, lakin mən imtina etdim”, deyə jurnalist bildirib.

Jurnalist onu da əlavə edib ki, bu materiallar Naxçıvan rəhbərliyini çox narahat edirdi, çünki bütün materiallar və jurnalist araşdırmaları hüquq pozuntuları və hakimiyyətin özbaşınalığı ilə bağlıdır.

Y. Əkrəmoğlu gələcəkdə onun və ailəsinin başına gələ biləcək hər şeyə görə Naxçıvan rəhbərliyinin məsuliyyət daşığını və baş vermiş hadisə ilə bağlı “Azadlıq” radiosunun redaksiyasının DİN-ə, Baş Prokurorluğa və MTN-ə müraciət etdiyini də sözlərinə əlavə edib.

Tədbirdə iştirak edən araşdırmaçı jurnalist Xədicə İsmayılova bildirdi ki, Əkrəmoğluna və onun ailəsinə qarşı mümkün əməllərə görə təkcə NMR rəhbərliyi deyil, respublika DİN, Baş Prokurorluğu və digər müvafiq idarələr də məsuliyyət daşıyacaq.

Previous Post

MTRŞ müsabiqə nəticələrini açıqlayıb

Next Post

Azadlıq qəzetinin bank hesabına həbs qoyulur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.