Jurnalistlər Bakıda keçirilən foruma buraxılmayıb

Mayın 7-də Azərbaycandan olan yerli jurnalistlər Bakıda keçirilən Cənubi Qafqaz Forumunun birinci hissəsinə buraxılmayıblar. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin fotoreportyoru Fərahim İlqaroğlu məlumat verib.

Jurnalist F. İlqaroğlunun sözlərinə görə, ölkə başçısı  İlham Əliyev birinci hissədə çıxış edəndən təxminən 3 saat sonra yerli medianın ikinci hissəyə buraxılmasına icazə verilib: “Bildirdilər ki, Prezident tədbirinə akreditə olunanlar girə bilər. Jurnalist kimi tədbirə akreditə olmuşdum, vəsiqəm də var,  amma birinci hissədə yerli medianın  iştirakına yol verilmədi” –deyə journalist bildirdi.

Qeyd edək ki, mayın 7-də Bakıda “Four Seasons” hotelində Cənubi Qafqaz Forumu öz işinə başlayıb. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Micheil Saakashvili ilə yanaşı, “Madrid Klubu” nun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak edirlər. İki gün davam edəcək forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacağı bildirilir.

Previous Post

Jurnalist informasiya əldə etmək hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etdi

Next Post

Obyektiv TV nüfuzlu Bir Dünya Media mükafatını qazanıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.