Jurnalist informasiya əldə etmək hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etdi

may 7th, 2013

295656_10200482428398950_1761787225_n

“Azadlıq” qəzetinin əməkdaşı Natiq Adilov informasiya sorğusuna cavab vermədiyinə görə, Bakı Dövlət Universiteti (BDU) və Maliyyə Nazirliyini məhkəməyə verib. Bu barədə bu gün (07 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.

N. Ədilovun sözlərinə görə, təhsilə ayrılan vəsaitlərin xərclənmə durumu ilə bağlı araşdırma apardığından və lazımi məlumatları sözügedən qurumların saytlarından əldə edə bilməməsi səbəbindən həmin qurumlara informasiya sorğusu göndərib: “2011-ci ildə dövlət büdcəsindən BDU-ya ayrılan vəsaitlər, həmin ildə ödənişli əsaslarla təhsil alan tələbələrin sayı, ödənişli təhsildən BDU-nun hesabına daxil olan vəsaitlər haqqında bilgiləri və BDU-nun 2011-ci ildə Maliyyə Nazirliyinə təqdim etdiyi maliyyə hesabatının surətinin ona təqdim olunmasını xahiş etmişdim.

BDU-nun 2011-ci il üzrə maliyyə hesabatının surəti həm də Maliyyə Nazirliyindən istənilib. BDU və Maliyyə Nazirliyi sorğuları cavablandırmayıblar” –deyən jurnalist şikayətlərin icraata qəbul olunduğnu və mayın 16-da Yasamal rayon Məhkəməsində BDU-ya qarşı  şikayətə, mayın 29-da isə Nəsimi rayon Məhkəməsində Maliyyə Nazirliyinə qarşı şikayətə baxılacağını bildirdi.