Azərbaycan online televiziya kanalı Obyektiv TV (OTV) xüsusi mükafat kateqoriya altında ‘Bir Dünya Media mükafatı ” qazanıb. İnkişaf etməkdə olan dünyada sosial, siyasi və iqtisadi məsələləri həll etmək üçün mediadan istifadə edərək xəbərlər istehsalı ilə məşğul olan təşkilatlar arasında yarışan OTV insanların həyatına real təsir edən Xüsusi Media Mükafatı almışdır.
Mükafat mayın 7-də Londonda RATİ -nin sədri və Obyektiv TV-nin layihə rəhbəri Emin Hüseynova mükafatın 25 illik mərasimində təqdim olunub.
“Biz bu mükafata layiq olunmağımız ilə fəxr edirik. OTV-nin məqsədi ölkəmizin olduğundan daha yaxşı ola bilməsinə , eyni zamanda ölkədə olan çətin vəziyyətləri aşkara çıxarmaqdır. Biz 24 saat insan hüquqlarının pozulmasının aşkara çıxarılması ilə məşğul olan komandamızla fəxr edirik” deyə Emin Hüseynov bildirib.
Hüseynov təşkilatın bu mükafatı sadəcə ifadə azadlığı hüququnu həyata keçirdikləri üçün barmaqlıqlar arxasında olan yeddi Azərbaycan jurnalistlərinə həsr etdiyini vurğuladı.
Bir Dünya Media Mükafatı Böyük Britaniyanın qabaqcıl mükafatıdır. Bu mükafat dünyanın ən görkəmli medialarını mükafatlandırır və müxtəlif cəmiyyətlər arasında körpü rolunu oynayır və həyati inkişafı məsələləri məlumatlandırılması üçün jurnalistlərin və Kinematoqrafçıların rolunu tanıyır.
Bir Dünya Media mükafatı hər il İlin mükafatı, Radio mükafatı, Yeni səs mükafatı, Sənədli mükafatı, Digital Media mükafatı, Xüsusi Mükafat, Xəbər mükafatı, Televiziya Mükafatı, Tələbə mükafatı, Mətbuat mükafatı, Əyləncə Mükafatı olmaqla 11 kateqoriya üzrə verilir .