Bu gün (06 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititutunun (RATİ) mətbuat mərkəzində əsgər Qurbanov Elton Nəci oğlunun hərbi hissədə fiziki təzyiqə məruz qalması faktı ilə bağlı növbəti dəfə mətbuat konfransı keçirildi.
Mətbuat konfransını əsgərin valideyinləri ilə birlikdə Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin (SQDVNAM) direktoru Ələkbər Məmmədov keçirdi. Xatırladaq ki, Astara rayonundan hərbi xidmətə çağrılmış Elton Qurbanov Xanlar Rayonundakı N saylı hərbi hissənin çavuşu tərəfindən döyülmüşdü. Döyülmə nəticəsində başından zədə alıb və gözləri xeyli zəifləyib. Bununla bağlı valideyinlər artıq bir dəfə RATİ-nin mətbuat mərkəzində övladı, əsgər E.Qorbanovun döyülməsi və fiziki təzyiqə məruz qalması faktı ilə bağlı konfrans keçirmişdilər.
Valideyinlər konfransda övladlarının döyüldüyü hərbi hissədə qulluq etməkdən ehtiyat etdiyini və onun həyatına qarşı təhlükənin artdığını bildirdilər. Hadisə ilə bağlı məlumat verən SQDVNAM-in direktoru Ə.Məmmədov əsgər E.Qurbanova təzyiq və hədələrin davam etdiyini bildirdi:” Xanlar Rayonu N saylı hərbi hissənin briqada komandiri Qiyas Məmmədov əsgəri hərbi xidmətinin davamı olaraq Murovdağa göndərəcəyi ilə hədələyib. Hazırda əsgər Qurbanov Gəncə hospitalındadır”. Hadisə ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqda olduğunu media nümayəndələrinin nəzərinə çatdıran Ələkbər Məmmədov məsələ ilə bağlı Prezident İlham Əliyevə, Respublika hərbi prokuroru Xanlar Vəliyevə və Müdafiə naziri Səfər Əbiyevə teleqram vurduğunu da qeyd etdi.

Qeyd edək ki, sosial problemə aid mövzu üzrə konfransın RATİ-nin mətbuat mərkəzində növbəti dəfə keçirilməsinə səbəb valideyinlər və hüquq müdafiəçilərinin mətbuat konfransı keçirməyə yer tapa bilmədikləri ilə bağlıdır. Belə ki, valideyinlər və SQDVNAM-ın direktoru Ə.Məmmədov “Novosti Azerbaydjan” və “Caspian-Plaza”-nın mətbuat mərkəzi ilə əlaqə saxlayaraq, yuxarıda qeyd olunan hadisə ilə bağlı konfrans keçirmək istədiklərini bildiriblər. Lakin hər iki ünvan müəyyən bəhanələr gətirərək rədd cavabı veriblər.