QƏNİMƏT ZAHİDOVUN İDDİASI TƏMİN OLUNMADI

Bu gün (06 oktyabr) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin yazdığı kitabın əlyazmaları ilə bağlı iddia üzrə məhkəmə prosesi yekunlaşdı.

Hakim heç bir əsas göstərilmədən iddianın təmin edilmədiyini elan etdi.Baş redaktorun vəkili E.Sadıqov RATİ-nin əməkdaşı ilə söhbətində bu işin olduqca əhəmiyyətli olduğunu və iş üzrə açıq-aşkar qanunsuz qərarın çıxarıldığını dedi: “İş olduqca əhəmiyyətli olduğu üçün onu Avropa Məhkəməsinə qədər çatdırmaq niyyətindəyik. Qərardan müvafiq şikayət veriləcək. Lakin həmin şikayətlərin təmin ediləcəyi inandırıcı görünmür”.
Xatırladaq ki, Qənimət Zahidovun 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı kitabın əlyazmaları təcridxananın rəisi Misir Əliyev tərəfindən oxumaq adı ilə baş redaktordan alınmışdı. Lakin sonradan M.Əliyev əlyazmalarda dövlət və Heydər Əliyevlə İlham Əliyevin əleyhinə yazıların olduğunu əsas kimi gətirərək əlyazmaları müsadirə etmişdi. Əlyazmalar qaytarılmadığı üçün Zahidov məhkəməyə müraciət etmişdi. Baş redaktor kitabda Azərbaycanın müasir tarixindən və ictimai-siyasi həyatından bəhs edildiyini bildirir.     

Previous Post

ƏSGƏR VALİDEYNLƏRİ NÖVBƏTİ DƏFƏ MƏTBUAT KONFRANSI KEÇİRMƏYƏ MƏCBUR OLDULAR

Next Post

YAPONİYA JURNALİSTLƏR BİRLİYİNİN SƏDRİ FƏTULLAYEVLƏ BAĞLI İLHAM ƏLIYEVƏ MƏKTUB GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.