“Avtomobili saxlatdıra bilməyən departament işçiləri bu dəfə bizim qabağımızı kəsdilər. Mən bunun səbəbini soruşanda onlar mənə hücum edərək, yumruq zərbələri endirməyə başladılar, daha sonra isə iş avadanlıqlarımızı dartaraq almağa çalışdılar. Biz bununla bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Xidmətinin Qusar postuna məlumat verdik. Burada özünü təqdim etməyən “rəis” belə halın yolverilməz olduğunu, həmçinin departament əməkdaşlarının minik avtomobillərini saxlamaq səlahiyyətinin olmadığını bildirdi” –deyə bildirən R. Əhmədov faktla bağlı Qusar RPŞ-nə rəsmi müraciət olunduğunu dedi.
RATİ məsələ ilə bağlı Qusar RPŞ ilə əlaqə saxlayıb. Telefona cavab verən, eyni zamanda özünü təqdim etməyən şəxs bu barədə onlara heç bir məlumatın daxil olmadığını, ümumiyyətlə məsələdən xəbərsiz olduğunu deyib.