Jurnalistin işi üzrə məhkəmə keçirilib

594A3954-AD8F-49FE-9AF0-0CC9A6EC4ADA_mw800_s
Mayın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə növbəti qapalı   məhkəmə iclası keçirilib.  H. Məmmədovun hüquqlarını müdafiə komitəsinin üzvləri, ictimaiyyət nümayəndələri məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz olaraq məhkəmənin qarşısında dinc etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarının üzərində Hilal Məmmədovun əksi və əllərində isə  “Hilal Məmmədova azadlıq!” adlı plakatlar olub.  Aksiya müdaxiləsiz başa çatıb.
Prosesdən sonra RATİ-yə müsahibə verən baş redaktorun vəkili Ramiz Məmmədov  bu gün olan prosesdə ötən məhkəmə prosesində fləşkarta baxış keçirilməsi ilə bağlı qaldırılan vəsatətin  müzakirə olunduğunu deyib.
“Bu gün də o fləşkartın açılması üçün  xüsusi proqram lazım oldu. Fləşkartda ancaq fləşkart nə vaxt yaradılıb və iki dəfə ona dəyişiklik edilməsi barədə qeydlər var. Bu fləşkartlara ekspertlər nə vaxt baxıblar, bu barədə orada heç bir qeyd yoxdur. Biz təkrarən vəsatət verdik ki, xüsusi proqramla bu fləşkartlara baxılsın və heç olmasa inandırıcı olsun ki, ekspertlər tərəfindən bu fləşkartlara baxış keçirilib və ekspert rəyi verilib. Ancaq hakim bu vəsatətimizi təmin etmədi və bununla da fləşkarta baxış yekunlaşdı”, -deyə vəkil qeyd edib.
Vəkil onu da bildirib  ki,  növbəti məhkəmə 22 may saat 10:30-da açıq olaraq  keçiriləcək.
Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
Previous Post

Jurnalistlər fiziki təzyiqə məruz qalıb

Next Post

Jurnalisti ölümlə hədələyiblər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.